Ermənistan Zəngəzur dəhlizinin ölkə ərazisindəki sahəsinin tikintisinin hazırlığına başlayır.
Trend-in TASS agentliyinə istinadən məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, Ermənistan hökuməti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Mehri sahəsinin tikintisi üzrə hazırlıq işlərinə başlayır.
N.Paşinyan əlavə edib ki, regional kommunikasiyaların açılması böyük imkanlar təqdim edir.