Cari ildə Ermənistanda əhalinin yoxsulluq səviyyəsi 39,6 %-ə çata bilər.
AzerTimes xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.
Dünya Bankının proqnozuna görə, 2022-ci ildə Ermənistanda yoxsulluq səviyyəsi bir qədər də artacaq.
BMT-nin Ümumdünya Ərzaq Proqramının “Aclıq xəritəsi”ndə yer alan məlumata görə hazırda Ermənistanda yarım milyon insan aclıqdan əziyyət çəkir. Son bir ayda qida çatışmazlığından əziyyət çəkənlərin sayı daha 10 min nəfər artıb.