Ermənistanda yanaraq ölən hərbçilərin komandiri həbs olundu

Ermənistanda yanaraq ölən hərbçilərin komandiri həbs olundu

Ermənistanda məhkəmə yanaraq ölən hərbçilərin komandiri kapitan Yegiş Akopyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Y.Akopyanın adı Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğınla bağlı cinayət işində hallanır.

Qeyd edək ki, bu il yanvarın 19-da Azad kəndindəki hərbi hissədə yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi həlak olub.

Teqlər: