Ermənistanda “Xalq artisti” və “Əməkdar artist” adları ləğv olunur. Lakin “Əməkdar Mədəniyyət İşçisi” və “Əməkdar İncəsənət Xadimi” adları saxlanılacaq.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyan deyib.
“Mədəniyyət sahəsində xadimləri ilə bağlı aydın bir fikir yoxdur, ona görə də nazirlik tərəfindən belə adların verilməsi həddən artıq təsnifata səbəb olur. Düşünürəm ki, mədəniyyət xadimlərinin fəaliyyətinə verilən qiymət müxtəlif müsabiqələrdə, festivallarda, konsertlərdə mükafatlar almaqla öz əksini tapmalıdır. Nazirlik sənətçini xalq artisti kimi müəyyənləşdirirsə, onda belə çıxır ki, qalanları xalq deyil? Bu, sovet dövründən qalan bir mirasdır. Bunun müsbət elementləri ola bilər, lakin daha çox çaşqınlıq yaradır. Əsl qiyməti xalq verir”, – Dumanyan bildirib.