Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistanda hərbçilərlə baş nazir Nikol Paşinyan arasındakı gərginlik göstərir ki, vəziyyət daha da pisləşə bilər.
AzerTimes-ın məlumatına görə, bu barədə “Freedom House” təşkilatının hesabatında deyilir.
Qeyd olunur ki, Azərbaycanla müharibə Ermənistanda daxili böhranı tətikləyib:
“Bu, 2018-ci ilin “məxməri inqilabı”nın uğurlarını heçə endirir. Ölkədə demokratiya göstəriciləri inqilabdan sonra azalmağa başlayıb və ötən il baş verən hadisələr, o cümlədən hərbçilərlə baş nazir Nikol Paşinyan arasındakı gərginlik göstərir ki, vəziyyət daha da pisləşə bilər”.