Bizdə hərbi sənayedə inqilabi dəyişikliklər var. Ermənistanda istehsal olunan silahlar artıq ordunun ixtiyarına verilib.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasının deputatı Armen Xaçatryan deyib.
“Bu silahlar bəlkə də dördüncü və ya beşinci nəsildir. Lakin inkişaf etmiş ölkələr var ki, bu silahları hələ istehsal etmir. Tempi qoruyub saxlasaq, 1-2 ildən sonra dünyada erməni nailiyyətləri kimi tanınan yüksək texnoloji işlərimiz olacaq. Ermənistan kiçik ölkədir, hər şeyi istehsal edə bilmir, ultra müasir, daha çox problemləri həll edən texnika istehsal etməyə çalışırıq və bu hərbi texnika yüksək texnologiyalardan istifadə etməklə istehsal olunur. Əlbəttə ki, bütün bunları uzun müddət gizlətmək mümkün olmayacaq, amma bu anda ən doğru şey çox işləmək və az danışmaqdır”, – o bildirib.
Deputat qeyd edib ki, PUA istehsalı ilə bağlı da planlar var və bu işlər davam etdirilir:
“Azərbaycan və Türkiyə silahlanır və bütün bunları nəzərə alaraq biz qarşımızda duran vəzifələri bilirik və müvafiq tədbirlər görürük. Bir neçə ildən sonra yüksək döyüş qabiliyyətinə malik müasir ordumuz olacaq və yaxın illərdə Ermənistan məhsulları beynəlxalq bazarlarda yaxşı tanınacaq”.