Ötən gün Ermənistanda aksiya iştirakçıları ilə polis arasında baş verən toqquşmalarda xəsarət alanların sayı 60-a qalxıb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, indiyə qədər xəstəxanalara 60 nəfər müraciət edib, onlardan 39-u polis əməkdaşıdır. Müraciət edənlərdən 50-si tibbi yardım alandan sonra evə buraxılıb, 10 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ötən gün Bşa nazir Paşinyanın istefasını tələb edən aksiyaçılar hakumət binasına növbəti dəfə soxulmağa cəhd ediblər. Burda isə onları xüsusi təyinatlılar “qarşılayıb”. 25 apreldən bəri davam edən aksiyalarda ilk dəfə olaraq səs bombasından istifadə edilib, həmçinin zor tətbiq edilib. Döyülənlər arasında müxalifəti təmsil edən deputat da var.
11 nəfər saxlanılıb.