Ermənistanda təhlükəli hərbi-bioloji patogenlər…

Ermənistanda təhlükəli hərbi-bioloji patogenlər…

Ermənistan təhlükəli bioloji patogenlərin nümunələrinin ABŞ-a ötürülməsinə razılıq verib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat yayılıb.

“Nazirlər Kabineti ABŞ ilə “Texnologiyaların, patogenlərin və biliklərin inkişafının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında” sazişin düzəliş edilmiş variantının ratifikasiya layihəsini təsdiqləyib. Sənəd 2010-cu ildə imzalanıb, lakin İrəvan üçün məcburi tələblər olduğundan hələ də ratifikasiya olunmamışdır. Sənədin 4-cü bəndinə əsasən, erməni tərəfi profilaktik, hərbi və dinc məqsədlər üçün Ermənistanda toplanmış təhlükəli patogenlərin tələb olunan nümunələrini ABŞ Müdafiə Nazirliyinə təhvil verməyi öhdəsinə götürüb. Müqavilə epidemioloji məlumatların ötürülməsini də nəzərdə tutur. 30 sentyabr 2022-ci il tarixində imzalanmış müqaviləyə dəyişiklik edilib, patogenlərin Amerika tərəfinə ötürülməsinin məcburiliyi ləğv edilib, Ermənistan bu məlumatları öz mülahizəsinə uyğun olaraq ötürə bilər”, – məlumatda deyilir.

Teqlər: