Hazırda Gürcüstan dövlət nömrə nişanlı avtomobil sürücüləri İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirir.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, yanvarın 1-dək Gürcüstan dövlət nömrə nişanlı avtomobil sürücüləri ya avtomobillərini gömrükdən keçirməli, ya da Ermənistandan çıxarmalıdırlar. Sürücülər də bu yeni qanuna etiraz edib və erməni hökumətindən vaxt istəyiblər.
Etirazçılar tələb edib ki, gömrük rəsmiləşdirilməsi faizinə yenidən baxılsın və 30 faizdən 10 faizə endirilsin. İkincisi, sükanı sağda olan avtomobillərlə bağlı güzəştlər olunsun, çünki elə avtomobil var ki, onların sükanını sağdan sola keçirmək mümkün deyil.
Bundan başqa, onlar keçid dövrünün azı 6 ay müddətinə artırılmasını istəyiblər.