Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistanın Kotayk vilayətində sərxoş sürücü avtomobili bir qrup şəxsin üzərinə sürüb.
AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, hadisə nəticəsində iki nəfər həlak olub, dörd nəfər isə xəsarət alıb.
Sürücü saxlanılıb, hadisə ilə bağlı cinayət işi açılıb.
Qeyd olunur ki, yaralanan və həlak olan şəxslər hərbi qulluqçular olub.