Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistanda bəzi hallarda süd, xama, pendir kimi məhsullar tamamilə saxtalaşdırılır.
AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin İqtisadi rəqabətin müdafiəsi üzrə dövlət komissiyasının sədri Geqam Gevorkyan deyib.
O bildirib ki, bu sahədə müntəzəm olaraq yoxlamalar aparılır, amma hələ də bəzi hallarda vəziyyət qənaətbəxş deyil.
Onun sözlərinə görə, bundan sonra qəfil yoxlamaların keçirilməsi nəzərdə tutulur.