Ermənistanda siyasi həbslər – AB narahatdır

Ermənistanda siyasi həbslər – AB narahatdır

Bir sıra müxalifət nümayəndələri, o cümlədən deputatlarla qapalı görüşlərin birində AB-nin Ermənistandakı səfiri Andrea Viktorin ölkədəki siyasi məhbus problemi ilə bağlı hakimiyyətə ciddi narahatlıqlarını ifadə etdiklərini qeyd edib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

“Ayrı-ayrılıqda vurğulanıb ki, onlar ən problemli epizodu Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyanın 11 aya yaxın həbsini hesab edirlər. Səfir şəxsən Ermənistan Baş naziri Nikol Paşinyana bildirib ki, Aşotyana qarşı həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı bir sıra vəsatətlər verilib, amma onlara məhəl qoyulmayıb və nəzərə alınmayıb. Qeyd edək ki, Aşotyan barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı 30 müxalifət deputatı vəsatət qaldırıb”, – məlumatda qeyd olunub.

Teqlər: