Ermənistanda silah anbarı partlayıb.
Partlayış Nubaraşendə yerləşən hərbi hissənin silah anbarında olub.
Hadisə bir neçə gün öncə qeydə alınıb. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan və ya ölən olmayıb.
Hadisənin hansı səbəbdən, niyə və qəsdən törədilməsinin doğru olub-olmaması barədə nəşr Müdafiə Nazirliyinə müraciət edib. Ermənistan Müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Atsyun Ovannisyan faktı təkzib edib. O, silah anbarında yox, təsərrüfat anbarında yanğın olduğunu deyib.
“Heç bir hərbi hissədə hər hansı silah anbarı partlamayıb. Qeyd olunan vaxtda əşya anbarında yanğın olub. Nəticədə heç kəs xəsarət almayıb. Araşdırma aparılır”.