Ermənistanda seçkisonrası situasiya – “Əsas məsələ”də MÜZAKİRƏ

Ermənistanda hadisələrin gedişi göstərir ki, Paşinyan hakimiyyəti üçün ölkəni idarə etmək asan olmayacaq, hətta vəziyyət artıq nəzarətdən çıxıb.

Seçkilərdən sonra belə Ermənistanın geriyə addımlamaqda davam etdiyini açıq-aydın görmək mümkündür. İqtidarla müxalifət arasındakı münaqişə pik həddə çatıb. Buna əsas səbəb “Qarabağ klanı”nın “İrəvan klanı”na qarşı hərəkətə keçmək üçün səfərbər olması, Robert Köçəryan ətrafında qüvvələrini cəmləşdirməsidir. Bundan ehtiyat edən yeni hökumət yəqin ki, sabiq prezidenti yenidən həbsə göndərməyə çalışacaq.

Paşinyana qarşı olan Köçəryan kifayət qədər maliyyə və media resurslarına malikdir. Paşinyanın seçkilərdə qalib gəlməsinə baxmayaraq, administrativ resurs hələ onun xeyrinə deyil. Üstəlik, ölkədə narazılıqlar səngimir. Qeyri-sabit vəziyyətin hökm sürdüyü Ermənistanda etirazlar davam edir.

AzerTimes-ın məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Ermənistanda seçkisonrası situasiya” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – BMTM-in şöbə müdiri Fuad Çıraqov, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə və politoloq Yeganə Hacıyeva mövzu ətrafında müzakirə aparıblar.

İnformasiya dəstəkçisi TREND

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: