“Ermənistanda seçkiöncəsi xaos” – “Əsas məsələ”-də MÜZAKİRƏ (FOTO/VİDEO)

Ermənistanda olduqca acınacaqlı durum hökm sürür. Ermənistanla Azərbaycanın müharibədən sonra sosial-iqtisadi inkişafı, regional və dünya siyasətində rolu və yeri arasında fərqlər aydın şəkildə görünür.

İşğalçı ölkədə yarıtmaz Nikol Paşinyanın hakimiyyətinin bacarıqsızlıqları, iki il ərzində sosial-iqtisadi müstəvidə hansısa yenilik əldə olunmaması ölkədə seçkiöncəsi xalq arasındakı narazılığı daha da gücləndirib. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi azadlıqlar boğulur, ən ciddi siyasi rəqiblər müxtəlif bəhanələrlə həbs edilir. Ermənistanın müstəqillik tarixində sivil, hüquqi dövlət anlayışları ilə üst-üstə düşə biləcək hər hansı bir fakta rast gəlmək mümkün deyil. Bu tarix siyasi terrorla, kütləvi qətllərlə, korrupsiya, quldurluq və digər ağır cinayətlərlə zəngin olan rüsvayçılıq tarixidir.

AzerTimes-ın məlumatına görə, AzTV-nin “Əsas məsələ” verilişində “Ermənistanda seçkiöncəsi xaos” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Milli Məclisin deputatı Rasim Musabəyov, siyasi şərhçi Elşən Məcidov və fotojurnalist Reza Deqati mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

İnformasiya dəstəkçisi TREND

Teqlər: