Xəbər - Cani Babayeva – Trend:
Ermənistanda seçkilərin nəticələri cəmiyyət üçün gözlənilməz ola bilər.
Bunu Trend-ə konfliktoloq, tarix elmləri namizədi Məmməd Məmmədov deyib.
O bildirib ki, bu məsələdə bir neçə amili nəzərə almaq lazımdır: “Bir tərəfdən revanşist əhval-ruhiyyəni, eləcə də “ermənilik” amilini nəzərə alsaq, hesab etmək olar ki, Paşinyan seçilməyəcək. Amma digər tərəfdən, Paşinyanın sadiq tərəfdarlarının və onun seçilməyəcəyi təqdirdə, Ermənistan üçün ağır fəsadların ola biləcəyini düşünən insanların olduğunu qeyd etmək lazımdır”.
M.Məmmədovun sözlərinə görə, bütün bunlarla əlaqədar seçkilərin nəticələri cəmiyyət üçün gözlənilməz ola bilər. Nikol Paşinyan cüzi fərqlə qalib gələcəyi təqdirdə isə məsələ dövlət çevrilişinə qədər çata bilər: “Yalnız, Paşinyanın inamlı qələbəsi həm Ermənistanın, həm də bütövlükdə regionun gələcək iqtisadi inkişafını təmin edə bilər. Fikrimcə, Paşinyan hakimiyyətdə qalsa, Ermənistan bundan sonra inteqrasiya proseslərində iştirak edə bilər”.
(Tərcümə: Orxan Nəbiyev)