Ermənistanda seçki pozuntuları ilə bağlı İstintaq Komitəsinə yeni materiallar daxil olub

Xəbər - Alpər Ziya – Trend:

Ermənistan İstintaq Komitəsinə seçki günü pozuntularla bağlı yeni materiallar və işlər daxil olub.

AzerTimes erməni KİV-lərinə istinadən bildirir ki, Növbədənkənar parlament seçkilərində səsvermə günü pozuntularla əlaqədar komitəyə 87 material və 2 cinayət işi təqdim edilib.

64 iş başqa bir şəxsin əvəzinə yenidən səs vermə və ya səsvermə cəhdləri ilə, 19 hadisə isə səsvermənin gizliliyinin pozulması ilə əlaqədardır. 1 halda seçici seçki məntəqəsinə silahlı gəlib, 2 halda iradə hüququnun həyata keçirilməsinə maneə olduğu, 1 halda saxta bülletenlərin istehsalı və satışı qeydə alınıb.


Qeyd edək ki, silahlı bir vətəndaşın məntəqədə görünməsi ilə əlaqədar cinayət işi başlanıb. Qalan faktlar üçün materiallar araşdırılır.