Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri qətlə yetirilib.
Hərbiçi 21 yaşlı Dmitri Yalpayevin meyiti hərbi bazanın yaxınlığında mağazanın qarşısında aşkarlanıb.
Meyitin ilk müayinəsi zamanı qətlə yetirildiyi məlum olub. Hazırda faktla bağlı cinayət işi açılıb.
Rusiya hərbçisinə hücum edən şəxs Gümrü şəhərinin polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, qətl məişət zəminində törədilib.