Ermənistanda bəzi qüvvələr var ki, onların şəxsi maraqları Azərbaycanla münaqişənin mövcudluğundan asılıdır.
AzerTimes xəbər verir ki, bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsini şərh edərkən deyib.
“Onlar revanşist ifrat millətçilərdir, “Daşnaksutyun” üzvləridir, onların ABŞ qolu olan Amerika Erməni Milli Komitəsi daim Azərbaycan və Türkiyəyə qarşı nifrət dolu mesajlar yayır. Məhz onlar mənim Azərbaycana səfir təyin olunmağıma mane oldular”, – deyə M.Brayza bildirib.
Onun szlərinə görə, revanşistlər istər Ermənistanda olsun, istərsə də ABŞ-da bilirlər ki, Azərbaycanla sülhün olmaması onlara daha çox siyasi və maliyyə dividentləri gətirəcək.
“Amma düşünürəm ki, biz hələ də Avropa Şurasının Prezidenti Şarl Mişelin, eləcə də ABŞ dövlət katibi Entoni Blinkenin çox səmərəli vasitəçiliyi sayəsində prosesin irəliyə doğru getdiyini görəcəyik”, – deyə o əlavə edib.
Qeyd edək ki, 2023-cü il iyunun 15-də saat 08:45-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Laçın sərhəd keçid məntəqəsində xidmət edən hərbi qulluqçusu Ermənistan ərazisindən atəş açılması nəticəsində yaralanıb.
Düşmənin atəş nöqtəsi cavab atəşi ilə susdurulub, vəziyyət Azərbaycan bölmələrinin nəzarəti altındadır.