Ermənistanda qumbara ilə silahlanmış şəxs marketi partlatmaqla hədələyib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, hadisə Araqatsotn vilayətində, Aştarakar rayonunda baş verib. Qumbara ilə silahlanmış şəxs “Siran” supermarketinə daxil olaraq, oranı partlatmaqla hədələyib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, ərazi əhatəyə alınıb, polis şöbəsinin rəhbərliyi həmin şəxslə danışıqlara başlayıb.