Ermənistanda Qərbi Nil virusu sürətlə yayılır

Ermənistanda Qərbi Nil virusu sürətlə yayılır

Ermənistanda Qərbi Nil qızdırmasına 75 yoluxma halı qeydə alınıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin mətbuat xidməti məlumat yayıb.

Mərkəzin rəhbəri Stepan Atoyan bildirib ki, yoluxma halları əsasən Araqatsotn, Ararat və Armavir bölgələrində mümkündür, çünki orada xəstəliyi yayan çoxlu ağcaqanadlar var:

“Xəstəliyə qarşı xüsusi peyvənd və dərman yoxdur. 80% hallarda asemptomatikdir. Ağır hallarda virus sinir sisteminə təsir göstərir”.

Qeyd edək ki, Ermənistanda bir nəfər sözügedən virusdan vəfat edib.

Teqlər: