Ermənistanda Qərbi Nil qızdırmasına 60-a yaxın yoluxma halı baş verib.
AzerTimes xəbər verir ki, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktoru Setap Atoyan deyib.
“Bu gün Ermənistanda Qərbi Nil qızdırmasına 58 yoluxma faktı təsdiqlənib. 41 nəfər xəstəxanaya yerləşdirilib, vəziyyətləri əsasən orta-ağırdır. Dörd nəfərdə xəstəlik daha ağır keçir”, – Atoyan bildirib.
Onun sözlərinə görə, 1 nəfər Qərbi Nil qızdırmasından ölüb.