Ermənistan ərazisində dəmir yolunda qatar qəzası baş verib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, Sanain-Axpat dəmir yolunda 18 vaqondan ibarət buğda daşıyan qatarın lokomotivi relsdən çıxıb. Qəza zamanı xəsarət alan olmayıb.
Hadisə yerində xilasetmə dəstəsinin çalışdığı bildirilib.