Ermənistanda polis bölməsinə qumbara atıldı

Ermənistanda polis bölməsinə qumbara atıldı

Ermənistanın Vardenis (Basarkeçər) şəhərinin polis bölməsinə əldəqayırma qumbara atılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Şamşyan.com” saytı məlumat yayıb.

Partlayış nəticəsində xəsarət alan olmayıb, polis bölməsinin yerləşdiyi binaya zərər dəyib.

Əraziyə Qeqarqunik vilayətinin polis rəisi Artur Mkrtçyan gəlib.

Hadisənin detallarının öyrənilməsi üçün operativ qrup yaradılıb, cinayəti törədənin kimliyi araşdırılır.

Teqlər: