Ermənistanda “Armsat-1” peyk idaretmə mərkəzi yaradılıb.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, peyk əvvəllər İspaniyanın “Satlantis” şirkəti tərəfindən idarə edilib. Paralel olaraq orada erməni mütəxəssislər hazırlanıb. Artıq sözügedən peykin Ermənistandan idarə oluna biləcəyi bildirilib.
Ölkənin yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan bildirib ki, peykin fəaliyyətə başlaması ilə Ermənistanda ən azı 2030-cu ilə qədər kosmik sənaye şirkətlərinin fəaliyyəti ƏDV-dən azad edilib.