Ermənistanın Gümrü şəhərində yaşayış evlərindən birinin həyətində partlayış olub.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu Şirak əyalətinin prokuroru Qurgen Qriqoryan deyib.
Onun sözlərinə görə, hadisə təxminən saat 15:40-da baş verib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Bildirilir ki, partlayış nəticəsində 2 nəfər həlak olub. İlkin məlumata əsasən, həlak olanlardan biri hərbçidir.
Hazırda partlayışla əlaqədar araşdırma aparılır.