Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistanda siyasi partiyalar baş nazir vəzifələrini icra edən Nikol Paşinyanı və ölkə prezidenti Armen Sarkisyanı vəzifədən uzaqlaşdırmağa çağırıb.
AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, çağırışı üç partiya, “Azadlıq”, “Ərik ölkəsi” və “Milli Təhlükəsizlik” partiyaları irəli sürüb.
Qeyd olunur ki, prezident və baş nazir vəzifələrini icra edən şəxslər öz səlahiyyətləri çərçivəsində işlərini yerinə yetirmədikləri üçün vəzifədən uzaqlaşmalıdır. Bundan başqa, onların barəsində cinayət işinin açılması da təklif olunub.