Ermənistan Baş Prokurorluğu bu gün keçirilən vaxtından əvvəl parlament seçkiləri zamanı 64 pozuntu halını qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə prokurorluğun nümayəndəsi Edqar Arsenyan bildirib.
Onun sözlərinə görə, qanun pozuntuları barədə məlumatlar polisdən, seçki iştirakçılarından, müşahidəçilərdən və mediadan əldə edilib.
E.Arsenyan deyib ki, pozuntular səsvermə sirrinin pozulması, təkrar səsvermə, rüşvət vermə, əmlaka ziyan, seçki hüquqlarının pozulması, zor tətbiq etmə ilə əlaqəlidir:
“Seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb”.