Ermənistanda seçkilər keçirilir

Ermənistanda seçkilər keçirilir

Ermənistanın növbəti prezidentini bu parlament seçəcək.

Ermənistanda parlament seçkiləri keçirilir.

Səsvermə yerli vaxtla saat 8.00-da başlayıb, saat 20.00-da başa çatacaq.

Parlamentə 105 deputat seçilməlidir. Seçkidə beş partiya – hakim “Respublika”, “Kommunist”, “Daşnaksutyun”, “Azad demokratlar” və “Erməni dirçəlişi” partiyaları, həmçinin dörd siyasi blok – “Yelk”, Ermənistan Milli Konqresi, “Ohanyan-Raffi-Oskanyan” və “Tsarukyan” blokları iştirak edir.

Qeyd edək ki, 2015-ci ilin dekabrında qəbul edilən Konstitusiyaya dəyişikliklər Ermənistanın yarı prezident üsul-idarəsindən parlament üsul idarəsinə keçidini nəzərdə tutur. Dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə artırılıb. Ölkənin yeni prezidentini də yeni parlament müəyyənləşdirəcək və prezident sadəcə formal səlahiyyətlərə malik olacaq.

Parlament seçkisi Ermənistan prezidenti Serj Sarkisyanın ikinci səlahiyyət müddətinin başa çatmasına 1 il qalmış keçirilir. 2018-ci il aprelin 9-da Serj Sarkisyanın səlahiyyət müddəti başa çatır.

*12:00
Ermənistan prezidenti, “Respublika” partiyasının sədri Serj Sarkisyan artıq səs verib. Lakin erməni prezident səsvermə zamanı çətinliklə üzləşib. Belə ki, yaranmış texniki nasazlıq səbəbindən onun barmaq izlərini tanımaq 2 dəqiqə vaxt alıb.

Texniki nasazlıqları Ermənistanın Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan da etiraf edib.