Ermənistanda 2024-cü ilin yanvarında doğum səviyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7% azalıb.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Statistika Komitəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, bu ilin yanvar ayında 3108 doğum halı qeydə alınıb. Ötən ilin analoji dövründə isə bu rəqəm 3229 olub.
Komitənin hesabatında göstərilib ki, 2024-cü ilin yanvarında 2571 nəfər ölüb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3 faiz çoxdur.