Ermənistanda növbəti atışma: başçı və oğlu güllələndi

Ermənistanda növbəti atışma: başçı və oğlu güllələndi

Ermənistanın Araqatsotn rayonunun Tlik kəndində atışma hadisəsi baş verib.

AzerTimes erməni mediasına istinadla xəbər verir ki, kəndin başçısı Slavik Saloyan və oğlu Manvel Saloyan atışma nəticəsində yaralanıb.

Bildirilir ki, insident zamanı məmurun yaşlı anası da yıxılaraq xəsarət alıb.

Hüquq-mühafizə orqanları atəş açanı axtarır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Teqlər: