Ermənistanda nazir müavini təzyiqlərə görə istefa verdi

Ermənistanda nazir müavini təzyiqlərə görə istefa verdi

Ermənistanın ədliyyə nazirinin müavini Sirvard Gevorkyan vəzifəsindən istefa verib.

AzerTimes xəbər verir ki, bu barədə nazir özü sosial şəbəkə hesabında məlumat yayıb.

“Hər iki siyasi qütbdən öz siyasi maraqları və ya şəxsi intriqaları naminə mümkün və qeyri-mümkün olan hər şeyi manipulyasiya edən qəzəbli insanların hücumuna məruz qaldım. Heç bir vəzifə və ya iş məni dostlarımı və həmkarlarımı riskə atmağa məcbur edə bilməz”, – nazir müavini istefa səbəbini açıqlayarkən bildirib.

Teqlər: