Ermənistanda müxalifətə qarşı proses başladı

Ermənistanda müxalifətə qarşı proses başladı

Daşnaksütyun fraksiyasının Ağsaqqallar Şurasının rəhbəri Artaşat Artavazd Marqaryan polis tərəfindən saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə erməni vəkil Arsen Babayan sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, 72 saat müddətinə saxlanılan Marqaryanın həbsi qanunsuzdur:

“İnanmayacaqsınız, amma Markaryanı yalnız telefonu olduğuna görə saxlayıblar”.

Qeyd edək ki, yanvarın 11-də parlamentdəki müxalifətin “Hayastan” fraksiyasının deputatı Kristine Vardanyan bildirib ki, səhər tezdən Ararat bölgəsində və İrəvanda Daşnaksütyunun bir sıra üzvlərinin evlərində axtarışlar aparılır.

Teqlər: