Ermənistanda minimum pensiya artdı, qalmaqal yarandı

Ermənistanda minimum pensiya artdı, qalmaqal yarandı

Ermənistanda bugündən minimum pensiya 31,6 min dramdan (təxminən 81 dollar) 36 min drama (təxminən 92 dollar) qalxıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın məlumat yaymasından sonra əks-reaksiyalar başlayıb.

Erməni iqtisadçılar bildirib ki, 3 ildə baş verən cəmi 14% civarında olan artım heç rəsmi illik inflyasiyaları qarşılamaq gücündə belə deyil. Belə ki, hətta illik indeksasiya aparılsaydı, indikindən 4% daha çox artım olmalıydı.

Erməni ekspert Artur Tovmasyan bunu qubernator seçkiləri ərəfəsində hakimiyyətin xalqı aldatması kimi qiymətləndirib.

Teqlər: