İrəvan “Sürməli” ticarət mərkəzində baş verən partlayışdan dolayı ölkə üzrə iki gün – 17-18 avqust – matəm elan edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Qeyd edək ki, son məlumata görə, ticarət mərkəzində baş verən partlayışda ölənlərin sayı 16-ya çatıb, 3 nəfər itkin düşmüş sayılır. O cümlədən, 62 nəfər də partlayışdan xəsarət alıb.