Ermənistanda kütləvi istefaların səbəbi – Paşinyan danışdı

Ermənistanda kütləvi istefaların səbəbi – Paşinyan danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə yüksək rütbəli məmurdan istefa verməsini istəməsi ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləyib.

AzerTimes xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.

“Hörmətli həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə gedən kütləvi müzakirələri nəzərə alaraq, nəzərinizə çatdırmağı zəruri hesab edirəm ki, bir sıra yüksək vəzifəli məmurun tutduqları vəzifələrdən uzaqlaşdırılmasını xahiş etmişəm. Belə bir müraciətin edilməsinin səbəbləri şəxsi deyil, açıq şəkildə söylədiyim kimi, sistemlidir”, – Paşinyan qeyd edib.

O, həmçinin əlavə edib ki, adları çəkilən məmurların dövlətçiliyin inkişafında xidmətlərini inkar edə bilməz və hər kəsə verdiyi töhfəyə və bu xahişi başa düşdüyünə görə təşəkkür edib.

Qeyd edək ki, Ermənistanın infrastruktur naziri Qmel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, daxili işlər naziri Vahe Kazaryan və İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyan ötən gün istefa ərizəsi yazıb. Bu gün isə onlara Ermənistan Ali Məhkəmə Şurasının sədri də qoşulub.

Teqlər: