Ermənistanın Ararat vilayətinin Avşar kəndində sakinlər arasında kütləvi dava silahlı insidentlə nəticələnib.
AzerTimes xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Qeyd edilir ki, 18 yaşlı Karen K. ilə 27 yaşlı Lüdviq M. arasında dava olub. Bu vaxt sonuncu Karenin ayağına odlu silahdan atəş açıb.
“Shamshyan.com” bildirib ki, davada 3-4 nəfər iştirak edib. Hadisəni törədən Lüdviq M. qaçıb. Hazırda polis onun tapılması və davanın digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.