Ermənistanda kritik vəziyyət: Nikol istefaya gedir? – Video

Ermənistanda kritik vəziyyət: Nikol istefaya gedir? – Video

Ermənistanda baş verən son proseslər, keşiş Baqratın rəhbərliyi altında revanşistlərin və Azərbaycanla delimitasiyaya qarşı olanların aksiyaları, eyni zamanda bu fonda keçirilən Almatı görüşü AzTV-də müzakirə edilib.

AzerTimes xəbər verir ki, “Hədəf” verilişində gedən müzakirədə politoloq Aynur Camal Almatı görüşünü Ermənistandakı etirazlar fonunda qiymətləndirməyin vacibliyini bildirib. O vurğulayıb ki, Almatı görüşündən öncə xüsusilə Ermənistan tərəfi “pozitiv” açıqlamalar verirdi və ciddi irəliləyişin ola biləcəyini, hətta müəyyən razılaşmaların sənədləşə biləcəyindən danışırdılar. Ancaq bu danışıqlarda öz mövqelərini gücləndirmək və mövqelərinin qəbul olunmasına da çalışırdılar.

A.Camalın fikrincə, Ermənistanda başlayan etirazların hazırkı miqyası prosesin arxasında Paşinyanın da olduğu ehtimalını irəli sürməyə imkan verir. Çünki yürüşdə həddən artıq az iştirakçı vardı, ancaq 9 mayda İrəvanda keçirilən mitinqdə iştirakçı sayı “hakimiyyəti də təəccübləndirdi”. Ancaq mitinqdən sonra İrəvanda küçələrin bloklanması alınmadı, halbuki onminlərlə şəxsin toplandığı mitinqin ardınca küçələrin bloklanmasında heç olmasa minlərlə şəxs iştirak etməli idi.

Aynur Camal qeyd edib ki, bu və keşiş Baqratın “hüquqi prosedur” deyə başlatdığı impiçment məsələsinin indidən perspektivsiz olmasını təsdiqləyən faktlar aksiyalarda Mülki Müqavilə Partiyasının maraqlı olduğunu təsdiqləyir. Paşinyanın komandası bu “etirazlardan” Azərbaycan nümayəndə heyəti ilə danışıqlarda “müqavimət göstərmək üçün” istifadə edə bilər. Buna görə də Almatı görüşü əvvəlcədən proqnozlaşdırılan nəticəni vermədi.

Daha ətraflı videoda:

Teqlər: