Ermənistanda keçirilən parlament seçkiləri siyasi analitiklərin baxış bucağında – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO)

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib.
Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) bütün 2008 seçki məntəqələrindən əldə olunmuş bülletenlərin sayılması əsasında açıqladığı hesabatda bildirilir.

MSK-nın məlumatına görə, 1 281 911 bülleten sayıldıqdan sonra Nikol Paşinyanın partiyasının 53,92% (687 251 seçici), keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun isə 21,04% (268 165 seçici) səs topladığı təsdiqlənib.

“Mənim şərəfim var” bloku 5,23% (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96% (50 416 seçici) seçicinin dəstəyini qazanıb.

“Aydınlanmış Ermənistan” – 1,22% (15 557 seçici), Erməni Milli Konqresi – 1,54% (19 647 seçici) səslə onların ardınca gəlir.

AzerTimes-ın məlumatına görə, Elnar Məmmədlinin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Ermənistanda keçirilən parlament seçkiləri siyasi analitiklərin baxış bucağında” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Milli Məclisin deputatı Rasim Musabəyov, poiltoloq Elşən Məcidov və STM-in baş məsləhətçisi Tural İsmayılov mövzu ətrafında müzakirə aparıblar.

İnformasiya dəstəkçisi TREND

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: