Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağda döyüşlər zamanı itkin düşmüş əsgərin valideynindən rüşvət istəyən şəxsi saxlayıb.
AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, həmin şəxs əsgərin valideynindən 3 min dollar pul tələb edib.
O bildirib ki, həmin məbləğ guya Bakıda həbsxanaların birində saxlanan əsgərin üçüncü ölkəyə, daha sonra Ermənistan gətirilməsi üçün lazımdır.
Hüquq-mühafizə orqanları onu əsgərin atasında rüşvət alarkən saxlayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl ermənistanlı polkovnik müharibə vaxtı rüşvət müqabilində əsgərləri arxa cəbhəyə keçirdiyi üçün saxlanılmışdı.