Xəbər - Orxan Nəbiyev – Trend:
Yerevanda hökumət binasının ətrafına, eləcə də mərkəzi Respublika meydanına çoxlu sayda xüsusi təyinatlı polis cəlb edilib.
AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, müxalifət növbəti mitinq keçirəcəyini elan edib.
“Daşnaksutyun” partiyasının təşəbbüsü ilə etirazçılar baş nazir Nikol Paşinyanın hökumət binasına daxil olmasına mane olacaqların bildirib.
Xatırladaq ki, fevralın 20-dən etibarən müxalifət N.Paşinyanın istefası tələbi ilə fasiləsiz aksiyalar elan edib.