Xəbər - Orxan Nəbiyev – Trend:
Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçuların yaş həddi 63 yaşadək artırılıb.
AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, Ermənistan parlamenti müvafiq qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Dəyişiklik müqavilə əsasında xidmət edən hərbçilərin və zabit heyətinin ordu sıralarında daha çox qalmaları üçün yaş həddinin artırılmasını nəzərdə tutur.
Layihəyə əsasən, sıravi hərbçilər və aşağı rütbəli gizirlərin orduda xidmət üçün son yaş həddi 55-dək, kiçik rütbəli zabit heyətinin yaş senzi 52-dək, yüksək rütbəli zabit heyəti üçün 55 yaşadək, polkovniklər üçün 58-dək, daha yüksək rütbəli zabitlər üçün yaş həddi isə 63-dək artırılır.
Hazırda Ermənistan ordusunda müqavilə əsasında xidmətin son həddi 40-45 yaş təşkil edir.