Bir qrup mülki şəxs Ermənistan Müdafiə Nazirliyinin Qarakilsədəki hərbi hissələrindən birinə çağırışçı əsgərlərlə “haqq-hesab çəkmək üçün” hücum edib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası və Teleqram kanalları yazıb.
Bildirilib ki, mülki şəxslər hərbi hissənin girişində iki hərbçini döyüb, daha sonra havaya qaz tapançalarından atəş açıblar.
Üç yerli sakin Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunaraq həbs edilib.