Ermənistanda Müdafiə Nazirliyinin hərbi hissəsinin komandiri V.M. və bir neçə şəxs saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, onlar iyulun 13-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin və Müdafiə Nazirliyinin hərbi polis əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Onlara qarşı müvafiq olaraq, xüsusilə külli miqdarda rüşvət almaq və vermək, habelə rüşvət vermə və almağa köməklik etmək ittihamı irəli sürülüb.
İstintaq tədbirləri davam etdirilir.