Ermənistanda Həmədan mədəniyyət həftəsi keçiriləcək

Ermənistanda Həmədan mədəniyyət həftəsi keçiriləcək

Fevralın 7-də İslam İnqilabının qələbəsinin 45-ci ildönümü münasibətilə İrəvanda “Həmədan mədəniyyət həftəsi” təşkil olunacaq.

AzerTimes xəbər verir ki, bu barədə “Şabestan” saytı məlumat yayıb.

Tədbir İranın Ermənistandakı səfirliyinin Mədəniyyət Mərkəzinin dəstəyi və Həmədan əyalətinin Mədəni İrs, Sənətkarlıq və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbirin açılış mərasimində İranın Ermənistandakı səfiri Mehdi Sübhani, Həmədan əyalətinin Mədəni İrs, Sənətkarlıq və Turizm Baş İdarəsinin rəisi, Ermənistan rəsmiləri, mədəniyyət və incəsənət ictimaiyyəti və İrəvanda yaşayan iranlılar iştirak edəcəklər.

Mədəniyyət həftəsinin İrəvandakı Göy Məsciddə keçiriləcəyi bildirilir.

Teqlər: