Yerli vaxtla saat 02:02-də (Bakı vaxtı ilə eyni saatda) Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Müdafiə xidmətinin Seysmoloji şəbəkəsi 4,2 maqnitudalı zəlzələ qeydə alıb.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Episentrdə yeraltı təkanların gücü 5-6 maqnituda təşkil edib.
Yeraltı təkanlar Qeqarkunik vilayətində 5, Kotayk vilayətində 4 maqnituda, İrəvan şəhərində isə 2-3 maqnitudada hiss olunub.
Dağıntı və ya tələfat barədə məlumat verilmir.