Ermənistanda görüşöncəsi mitinqlər nəyə hesablanıb? – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Bu günlərdə Azərbaycanın qanunsuz silahlı dəstələrdən
təmizlədiyi Fərrux kəndində kütləvi məzarlığın aşkar edilməsi
Prezident İlham Əliyevin Ermənistan və beynəlxalq ictimaiyyət
qarşısında bu istiqamətdə qaldırdığı məsələni bir daha
təsdiqləyir.

Rəsmi Bakının əvvəlki görüşlərdə irəli sürdüyü məsələləri
yenidən iştirakçıların diqqətinə çatdıracağı gözlənilir. Ehtimal
etmək olar ki, əvvəlki görüşlərdə əldə edilən razılaşmaların icra
vəziyyəti də müzakirə oluna bilər.

AzerTimes-ın məlumatına görə Elnar Məmmədlinin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Brüssel görüşü, Ermənistanda görüşöncəsi
mitinqlər nəyə hesablanıb?” mövzusunda aparılan müzakirələr zamanı
bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – siyasi şərhçilər
Sahil İskəndərov, Cavanşir Feyziyev və Hikmət Məmmədov mövzu
ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=u7OEbu4eLZQ

Teqlər: