Ermənistanda etirazların nəticəsi, silahlı etirazçıları kimlər idarə edir? – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Etirazlar Ermənistanın Baş Naziri Nikol Paşinyanın xalqına
müraciəti zamanı Azərbaycanla sülh bağlandığını və işğal edilmiş
torpağları Azərbaycana qaytarılacağını deməsindən sonra başlandı.
Etirazçılar bu bəyanatdan sonra küçələrə axışdılar və torpaqların
Azərbaycana qaytarılmamasını tələb etdilər. 17 müxalifət partiyası
baş nazir Nikol Paşinyan tərəfindən Qarabağa dair üçtərəfli
bəyanatın imzalanmasına etiraz olaraq 10 noyabrdan bəri Yerevanda
mitinqlər keçirir. Müxalifət Paşinyanın istefasını, xilasetmə
komitəsinin yaradılmasını və bəyanatın bəzi müddəalarında
dəyişiklik edilməsini tələb edir.

AzerTimes-ın məlumatına görə Elnar Məmmədlinin təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Ermənistanda etirazların nəticəsi,
silahlı etirazçıları kimlər idarə edir?” mövzusunda aparılan
müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları
– Trend BİA-nın baş redaktoru Emin Əliyev, siyasi şərhçilər Aydın
Quliyev və Rufiz Hafizoğlu mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: