Ermənistanda etiraz: Hökumət istefaya çağırıldı

Ermənistanda etiraz: Hökumət istefaya çağırıldı

44 günlük müharibədə həlak olan erməni hərbçilərin valideynləri tərəfindən yaradılan “Oğulların çağırışı” təşkilatı Ermənistan hökumətinin istefası üçün kampaniyaya başladığını elan edib.

AzerTimes “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Valideynlər bildirib ki, 2020-ci ildə 44 günlük müharibədən sonra başlayan proseslər onlara oğullarının itkisinə səssizcə ağlamağa imkan vermir.

Məlumata görə, təşkilatın üç əsas məqsədi hökumətin istefası, milli hökumətin formalaşdırılması və yeni təhlükəsizlik arxitekturasının qurulmasıdır.

Teqlər: