Son bir neçə ay ərzində Ermənistandan çıxan və geri qayıtmayan vətəndaşların sayı kəskin şəkildə artıb.
AzerTimes-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib.
Onun sözlərinə görə, son 4 ay ərzində miqrasiyanın mənfi saldosu 80 min nəfər təşkil edib:
“Bənzər göstəricilər Ermənistanda 90-cı illərin əvvəllərində olub. Bunun adı artıq depopulyasiyadır (əhalinin sayının azalması – red.), qaçmaqdır. Bu o deməkdir ki, bu hakimiyyətə etibar etmirlər. Bu vəziyyəti dəyişdirməyin yeganə yolu hakimiyyətin dəyişməsidir”.